XƏBƏRLƏR

BDU-nun QAZAX FİLİALINDA TƏDBİR KEÇİRİLİB

Bakı Dövlət Universiteti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi arasında imzalanmış memorandum çərçivəsində BDU-nun Qazax Filialının Keyfiyyət Komissiyasının təşkilati dəstəyi ilə tədbir keçirilib.

Filialın Tədris şöbəsinin müdiri, Keyfiyyət Komissiyasının sədri Hürü Şamilova tədbiri giriş sözü ilə açaraq qonaqları və tədbir iştirakçılarını salamlayıb. Bakı Dövlət Universiteti ilə Sosial Xidmətlər Agentliyi arasında imzalanmış memorandumun əhəmiyyətindən bəhs edərək Qazax filialının da əməkdaşlığa cəlb olunmasının həm filial, həm də tələbələr üçün böyük imkanlar yaratdığını vurğulayıb. Filialda ən çox tələbə qəbulu aparılan ixtisaslardan birinin Sosial iş ixtisası olduğunu, həmçinin bu ixtisas üzrə bakalavriat və magistratura təhsil səviyyələrində mütəxəssis hazırlığının həyata keçirildiyini qeyd edib.

Sosial Xidmətlər Agentliyinin Səyyar və yarımstasionar sosial xidmətlərin təşkili departamentinin Səyyar sosial xidmətlərin təşkili şöbəsinin müdiri Elşən Kərimli təqdimatla çıxış edərək Sosial Xidmətlər Agentliyinin fəaliyyət istiqamətləri, əhalinin müxtəlif kateqoriyalarına göstərilən xidmətlər, həyata keçirilən layihələr və Agentlik tərəfindən görülən işlər barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Sosial Xidmətlər Agentliyinin Qazax-Tovuz Regional filialının müdiri Elvin Vəliyev öz çıxışında Qazax-Tovuz Regional filialı tərəfindən həyata keçirilən işlərlə bağlı məlumatları diqqətə çatdırıb. O, təcrübə proqramlarının əhəmiyyətindən, tələbələrin gələcək karyerasında tutduğu yerdən və tələbələrdə vacib bacarıqların formalaşmasında mühüm rol oynamasından danışıb.

Sosial Xidmətlər Agentliyinin Qazax-Tovuz Regional filialının mütəxəssisi Aytac Sanıyeva təqdimatla çıxış edərək sosial iş peşəsinin mahiyyəti, onun tarixi, Azərbaycandakı inkişafı ilə bağlı məlumat verib. Sosial işin mühüm bir komponenti olan qiymətləndirmə prosesi, onun mərhələləri və diqqət edilməli olan məqamları məlumatları tədbir iştirakçıları ilə bölüşüb.

Təqdimatlar nümayiş etdirildikdən sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.

 Filialın Mətbuat Xidməti

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.