BDU-nun Qazax filailında professor İntiqam Cəbrayılov “Ustad dərsi” keçib
- Nəşr edilib 20.05.2024 15:42

BDU-nun Qazax filailında professor İntiqam Cəbrayılov “Ustad dərsi” keçib
May ayının 20-də Bakı Dövlət Universitetinin Qazax filialında Təhsil İnstitutunun şöbə müdiri, pedaqoji elmlər doktoru, professor İntiqam Cəbrayılov “Ustad dərsi” keçib. Filialin Heydər Əliyev auditoriyasında keçən dərsdə müəllim və tələbələr iştirak edib.
Filialın direktoru Arif Rüstəmov giriş zözü ilə çıxış edərək vaxt ayırıb filialda ustad dərsi keçdiyinə görə professor İntiqam Cəbrayılova müəllim və tələbələr adından öz dərin minnətdarlığını bildirib. Ustad dərsinin əhəmiyətindən danışan A.Rüstəmov tələbələrin elmi biliyinin artırılmasında onun mühüm rol oynayacağını qeyd edib.
Sonra professor İntiqam Cəbrayılov “Qlobal çağırışlar və şəxsiyyətin formalaşmasına yeni baxış” mövzusunda ustad dərsi keçib.
Dərsin sonunda tələbələr müzakirə olunan mövzuya münasibətlərini bildirib, suallar veriblər.
Filialın Mətbuat Xidməti


















































































































































