XƏBƏRLƏR

BDU-nun Qazax filialında qış imtahan sessiyası başlayıb

Yanvar ayının 7-dən Bakı Dövlət Universitetinin Qazax filialında 2023/2024-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası başlayıb.

Sessiyası ilə bağlı filialda əvvəlcədən lazımi hazırlıq işləri görülüb, nəzarətçi müəllim-koordinatorların siyahısı təsdiq olunub, imtahanların şəffaf və obyektiv keçirilməsi üçün lazımi şərait yaradılıb. 

Qış imtahan sessiyasında filialın 1783 tələbəsi iştirak edir. 16 ixtisas üzrə imtahanlar iki növbədə keçirilir. Filialda bakalavriat səviyyəsi üzrə(əyani) 78 qrupda 452, qiyabi üzrə isə 4 ixtisas üzrə 20 qrupda 95 imtahan keçiriləcəkdir. Magistratura səviyyəsi üzrə isə 8 ixtisas üzrə 15 qrupda 89 imtahan olacaqdır.

İmtahan sessiyasında tələbələrin müraciətlərinin qəbulu və araşdırılması, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması məqsədilə Operativ Qərargah və Apelyasiya Komissiyası formalaşdırılıb. Flialda eyni zamanda, “Qaynar xətt” də fəaliyyət göstərir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov qış imtahan sessiyasının başlanması ilə əlaqədar filialda olub, imtahanların gedişatı ilə maraqlanıb, tələbələrin arzu və təkliflərini dinləyib.

Filialın direktoru Arif Rüstəmov imtahanların gedişinə nəzarət etmək üçün mütəmadi olaraq imtahan keçirilən auditoriyalarda olur, tələbələri maraqlandıran sualları cavablandırır.  

Qazax filialında qış imtahan sessiyası şəffaf və obyektiv keçir. Sessiya fevral ayının 2-dək davam edəcəkdir.

Elçin İSMAYIL, 

BDU-nun Qazax filialının Mətbuat Xidmətinin rəhbəri

 

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.