XƏBƏRLƏR

BDU-nun Qazax filialında qış imtahan sessiyası uğurla başa çatıb

BDU-nun Qazax filialında qış imtahan sessiyası uğurla başa çatıb

Bakı Dövlət Universitetinin Qazax filialında 2023-2024-cü tədris ilinin qış imtahan sesssiyası uğurla başa çatıb.  

Yanvarın 7-dən  başlayıb fevralın 2-dək davam edən sessiyada imtahanlar obyektiv və şəffaf keçirilib.

İmtahan sessiyası müddətində tələbələrin müraciətlərinin qəbulu, araşdırılması və biliklərinin qiymətləndirilməsində obyektivliyin təmin olunması məqsədilə Operativ Qərargah, Apelyasiya Komissiyası və “Qaynar xətt” fəaliyyət göstərib. Sessiya ərzində Qərargaha daxil olan azsaylı müraciətlər operativ şəkildə araşdırılaraq həll olunub.

Filialın direktoru Arif Rüstəmov imtahanların gedişinə nəzarət etmək üçün mütəmadi olaraq imtahan keçirilən auditoriyalarda olub, tələbələri maraqlandıran sualları cavablandırıb.

Filialda 16 ixtisas üzrə imtahanlar iki növbədə keçirilib. Sessiyada bakalavr səviyyəsi üzrə 1497 tələbə (əyani), magistratura pilləsi üzrə isə 7 ixtisas üzrə 29 nəfər magistrant imtahan veriblər. İmtahanlarda tələbələrin 98,07 faizi iştirak edib. Müvəffəqiyyət göstəricisi bakalavr 80, magistratura üzrə 100 faiz olub.

Elçin İSMAYIL,

BDU Qazax filialının Mətbuat Xidmətinin rəhbəri

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.