XƏBƏRLƏR

 

BDU-nun Qazax filialının Riyaziyyat və İnformatika kafedrasının elmi seminarı olub

Bakı Dövlət Universitetinin Qazax filialında filialın Elmi işlər üzrə komossiyası və Riyaziyyat və İnformatika kafedrasının birgə təşkilatçılığı ilə növbəti elmi seminar keçirilib.

Filialın Riyaziyyat və İnformatika kafedrasının müdiri professor Hüseyn Xəlilov seminarda özünün türkiyəli professor Hilmi Hacısalihoğlu ilə birgə hazırladığı “Parabola, Ellips və Hiperbola ailələrinin limitidir” mövzusunda apardığı elmi-tədqiqat işinin nəticələrini ətraflı şəkildə təqdim edib. Çıxış iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Çıxışdan sonra aktiv şəkildə sual-cavab, diskussiya olub. Seminarda BDU-nun Qazax filialının Tədris və elmi işlər üzrə direktor müavini, dosent Məmməd Yusifov, dosent Rafiq Vəliyev və baş müəllim Sevinc Əmiraslanova məruzəçiyə əlavə müxtəlif suallar verib, təminedici cavablar alıblar.

Filialın Mətbuat Xidməti.

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.