- Nəşr edilib 20.03.2024 00:50

BDU-nun Qazax Filialının tələbələri “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağaclara qulluq edib, təmizlik işləri aparıblar
Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Bununla bağlı Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə iməcilik keçirilib.
Bakı Dövlət Universitetinin tələbələri iməcilikdə yaxından iştirak ediblər.
Qazax rayonunun giriş hissəsində keçirilən iməcilik zamanı tələbələr ağaclara, həmişəyaşıl gül kollarına qulluq edib, ağacların gövdə hissələrini ağardıb və ətraflarında təmizlik işləri aparıblar.
İməciliyin keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə təbiətə qayğını təbliğ etmək, yaşıllıqların çoxaldılmasını təşviq edərək, ətraf mühitin qorunmasına, ölkədə keçirilən ekoloji tədbirlərdə yaxından iştirak etmək və ekoloji maarifləndirmə işlərinə töhfə verməkdən ibarət olub.
Elçin İSMAYIL,
Filialın Mətbuat Xidmətinin rəhbəri












































































































































