XƏBƏRLƏR

BDU-nun Qazax filialında “Sorğu həftəsi” keçirilir

BDU-nun Qazax filialında “Sorğu həftəsi” keçirilir

Bakı Dövlət Universitetinin Qazax filialında "Sorğu həftəsi" həyata keçirilir. Universitetin tələbə və müəllim kontingenti onlar üçün hazırlanmış müvafiq sorğu linklərinə daxil olaraq sualları cavablandırırlar. Hər bir fənnin qiymətləndirilməsi və tələbələrin həmin fənni tədris edən müəllimə olan münasibətlərinin müəyyənləşdirilməsi üçün universitetin 78 ixtisas qrupu üzrə 465 sorğu linki hazırlanaraq tələbələrin ixtiyarına verilmişdir.

Eyni zamanda, BDU-nun Qazax filialının professor-müəllim heyəti arasında da filialdakı təlim-tədris prosesin təşkili və idarəetmə prosesi haqqında məmnunluğu qiymətləndirmək məqsədilə sorğu keçirilir. Anonim şəkildə həyata keçirilən sorğuların əsas məqsədi Qazax filialında təlim və tədrisin inkişafı, tədrisin keyfiyyətini qiymətləndirmək və keyfiyyət göstəricilərini daha da yüksəltməkdən ibarətdir.

"Sorğu həftəsi" 04-08 dekabr 2023-cü il tarixlərini əhatə edəcəkdir.

Filialın Mətbuat Xidməti

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.