XƏBƏRLƏR

Xəbərlər

BDU Qazax filialında Direktoryanı Şuranın genişləndirilmiş iclası keçirilib

27 dekabr 2024-cü il tarixində Bakı Dövlət Universitetinin Qazax filialında Direktoryanı Şuranın genişləndirilmiş iclası keçirilib.

İclasda 2024-cü il dekabrın 25-də Bakı–Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Filialın direktoru Arif Rüstəmov giriş sözü ilə çıxış edərək iclasın gündəliyi barədə şura üzvlərinə məlumat verib. İclasda 2024/2025-ci tədris ilinin payız  semestrinin imtahan sessiyasına  hazırlığın vəziyyəti, 2024-cü ilin yekunlarına dair elmi hesabat və cari məsələlər müzakirə olunub.

2024/2025-ci tədris ilinin payız  semestrinin imtahan sessiyasına  hazırlığın vəziyyəti haqqında filialın direktoru Arif Rüstəmov çıxış edərək imtahanların şəffaf və obyektiv keçirilməsi üçün lazım olan bütün işlərin görüldüyünü bildirib. Müzakirə olunan məsələ səsə qoyularaq payız  semestrinin imtahan sessiyasına  hazırlığın vəziyyəti qənaətbəxş hesab olunub.

2024-cü ilin yekunlarına dair elmi hesabatla filialın Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov çıxış edərək cari ildə filialda görülən elmi işlər haqqında məlumat verib. Verilən hesabat şura üzvləri tərəfindən qənaətbəxş hesab edilib.

Eyni zamanda, islasda bir sıra cari məsələlər də müzakirə olunub.

Filialın Mətbuat Xidməti

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.