- Nəşr edilib 06.06.2024 16:25

BDU-nun Qazax filialında “Qlobal iqlim dəyişməsinin sumühitinə təsiri” mövzusunda elmi seminar keçirilib
Bakı Dövlət Universitetinin Qazax filialının İctimai və təbiət fənləri kafedrasında elmi seminar olub. Seminarda kafedranın müəllimi Günel Alıyevanın “Qlobal iqlim dəyişməsinin su mühitinə təsiri” mövzusunda elmi çıxışı dinlənilib.
Filialın Elmi işlər üzrə komissiyası və İctimai və təbiət fənləri kafedrasının birgə təşkilatçılığı ilə keçirilən seminarda filialın Tədris və elmi işlər üzrə direktor müavini dosent Məmməd Yusifov, kafedra müdiri dosent Arif Veyisov və kafedranın əməkdaşları iştirak edib.
Seminarda qeyd edilib ki, antropogen amillər nəticəsində istər su ehtiyatlarına, istərsə də iqlimə göstərilən təsirlər bəşəriyyətin gələcəyini təhlükə altında qoyur. Beləliklə, insanların gələcəyi yaxın onilliklərdə təbiətlə münasibətini necə dəyişəcəyindən asılıdır.
Çıxışdan sonra seminarda iştirak edən müəllimlərlə birlikdə diskusiya şəkilində müzakirələr aparılıb.
Filialın Mətbuat Xidməti.












































































































































