XƏBƏRLƏR

Xəbərlər

NF ACADEMY Tədris Mərkəzi BDU-nun Qazax filialında seminar keçirib

NF ACADEMY-nin Tədris Mərkəzi  Bakı Dövlət Universitetinin Qazax filialında seminar keçirib. Seminarda filialın professor və müəllim heyəti, üçüncü kurs tələbələri iştirak edib.

Seminar  “Karyera planlaması”, “Magistratura təhsili” və “Müəllimlərin işə qəbulu” istiqamətləri üzrə keçirilib.

NF ACADEMY-nin təsisçisi və direktoru Nigar Fərzəliyeva, beynəlxalq marketinq sertifikatlı təlimçi Şəbnəm Ələkbərova, beynəlxalq İELTS dil sertifikatlı Şəfiqə Orucova, filialın Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müdiri İradə Arıxova seminarda çıxış edərək  tələbələrə gələcək planları, təhsil şansları, iş imkanları, yerli və xarici universitetlərin geniş miqyaslı imkanları haqqında ətraflı məlumat veriblər.

Filialın Mətbuat Xidməti

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.