XƏBƏRLƏR

Xəbərlər

İcra başçısı BDU-nun Qazax filialının pedaqoji təcrübə və internatura keçən tələbələrinin açıq dərslərində iştirak edib

Bakı Dövlət Universitetinin Qazax filialında buraxılış kurs tələbələrinin 2023/2024-cü tədris ili üçün təcrübə (pedaqoji,  tədris,  istehsalat) və internatura prosesi başlayıb. Bu ilin 16 fevral tarixindən start götürən təcrübə və internatura may ayının 24-dək davam edəcəkdir.

Təcrübə və internaturada İbtidai sinif müəllimliyi, Tarix və coğrafiya müəllimliyi, Tarix, Riyaziyyat və informatika müəllimliyi, Riyaziyyat müəllimliyi, İnformatika müəllimliyi, Azərbaycan dili və ədəbiyyat müəllimliyi, Fizika müəllimliyi, Fiziki tərbiyə və çağırışaqədərki hərbi hazırlıq, Kimya və biologiya müəllimliyi, Məktəbəqədər təhsil, Təhsildə Sosial Psixoloji Xidmət, Turizm işi, Sosial iş ixtisaslarının IV və V kurslarında təhsil alan 340 tələbə iştirak edir. 

Tələbələr Qazax şəhər  1 nömrəli tam orta məktəbdə (162 nəfər), 3 nömrəli tam orta məktəbdə (53 nəfər), Qazax şəhər 3 saylı Körpələr Evi-Uşaq bağçasında (10 nəfər), 6 saylı Körpələr Evi-Uşaq bağçasında (10 nəfər), “1-inci” Psixologiya Mərkəzində (20 nəfər), Qazax Olimpiya İdman Kompleksində (20 nəfər), BDU-nun Qazax filialında (65 nəfər) təcrübə keçirlər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Bakı Dövlət Universitetinin Qazax filialına daim diqqət və qayğı göstərir. Rayon rəhbərinin mütəmadi olaraq filialın professor-müəllim heyəti və tələbə kollektivi ilə görüşməsi, təşkil olunan tədbirlərdə yaxından iştirak etməsi, istər müəllimlərə, istərsə də tələbələrə səmimi münasibət bəsləməsi bunun bariz nümunəsidir. Bu gün rayon rəhbərinin BDU-nun Qazax filialının pedaqoji təcrübə və internatura keçən tələbələrinin açıq dərslərində iştirak etməsi, gələcəyimizin gənc müəllimlərini dinləməsi təhsil sahəsinə, gənclərə qayğısının daha bir əyani sübutudur. 

Aprelin 3-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Bakı Dövlət Universitetinin Qazax filialının Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov, Tədris şöbəsinin müdiri Hürü Şamilova, Təcrübə rəhbəri Mətanət Məmmədova, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunun baş məsləhətçisi Əziz Məmmədov Qazax şəhər 1 nömrəli tam orta məktəbdə olub, burada pedaqoji təcrübə və internatura keçən tələbələrin dərslərində iştirak ediblər. 

Rayon rəhbərliyi Riyaziyyat və informatika müəllimliyi ixtisasının V kurs tələbəsi Turanə Həsənovanın V C sinifində keçdiyi riyaziyyat dərsini, Tarix və coğrafiya müəllimliyi ixtisasının V kurs tələbələri Fariz Quliyevin VIII C sinifində keçdiyi tarix dərsini, Xəyal Tağıyevin VI C sinifində keçdiyi coğrafiya dərsini dinləyib, onların dərsə hazırlıq səviyyəsi və şagirdlərlə işləmək bacarığı ilə maraqlanıb. İcra başçısı gənc müəllimlərə çətin və şərəfli işlərində uğurlar arzulayıb. 

Daha sonra rayon rəhbərliyi təcrübə və internatura keçən digər tələbələrlə də görüşüb. İcra başçısı Rəcəb Babaşov çıxış edərək müqəddəs Ramazan bayramı münasibətilə tələbələri təbrik edib, səmimi ürək sözlərini çatdırıb. Dövlətimiz tərəfindən təhsil sahəsinə göstərilən diqqət və qayğıdan söz açan rayon rəhbəri Аzərbаycаn elminin, təhsilinin inkişafında Ulu Öndər Hеydər Əliyеvin misilsiz xidmətləri olduğunu bildirib. Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin ölkədə təhsil siyasətini uğurla davam etdirərək "Neft kapitalını insan kapitalına çevirək" devizi altında təhsilin inkişafına böyük önəm verdiyini bildirib. Təhsil sahəsinin ildən-ilə inkişaf etməsində Heydər Əliyev Fondunun prezidenti, Birinci   vitse-prezident Mehriban xanım Əliyevanın da misilsiz xidmətləri olduğunu qeyd edən rayon rəhbəri fondun həyata keçirdiyi çoxsaylı işlərdən danışıb. İcra başçısı Fond tərəfindən "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində bütün bölgələrimizdə olduğu kimi, Qazaxda da təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsini, yeni-yeni məktəblərin inşa olunmasını və ya əsaslı şəkildə yenidən qurulmasını bu sahədə görülən işlərin bariz nümunəsi kimi qiymətləndirib. Rayon rəhbəri təhsil sahəsinin inkişaf etməsində məhz gənc müəllimlərin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. Bütün müəllimlərin, xüsusilə də ibtidai sinif müəllimlərinin daim öz üzərilərində çalışmalarını, təcrübəli müəllimlərdən bəhrələnməyi tövsiyə edib, nümunəvi müəllim kimi hər zaman xoş sədalarının gəlməsini arzulayıb. 

BDU Qazax filialının Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov rayon rəhbərliyinin filiala olan qayğısından söz açaraq bugünkü iştirakına və görüşünə görə minnətdarlığını bildirib. İstər müəllimlərə, istərsə də tələbələrə olan dəstəyi, göstərilən qayğını, səmimi münasibəti hər zaman razılıqla qarşıladıqlarını diqqətə çatdırıb. Tələbələrə yaradılan şəraitə görə Qazax şəhər 1 nömrəli tam orta məktəbin direktoru Yaşar Əliyevə və məktəbin kollektivinə də minnətdarlığını bildirib.

Tələbələrdən Xədicə Qafarova və başqaları çıxış edərək onlara verdiyi dəyərə görə rayon rəhbərinə təşəkkürlərini çatdırıblar.

Elçin İSMAYIL,

Filialın Mətbuat xidmətinin rəhbəri 

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.