XƏBƏRLƏR

Xəbərlər

BDU-nun Qazax Filailında Novruz bayramına həsr edilmiş dəyirmi masa keçirilib

18.03.2024-cü il tarixində Bakı Dövlət Universitetinin Qazax filialında “Dil, ədəbiyyat və onların tədrisi metodikası” kafedrasının tərkibində fəaliyyət göstərən “Ədəbiyyat” dərnəyi “Novruz milli adət-ənələrimiz bədii ədəbiyyatda” adlı dəyirmi masa keçirib. Dəyirmi masa “Dil, ədəbiyyat və onların tədrisi metodikası” kafedrasının ədəbiyyat müəllimi Nigar Fərzəliyeva və həmin kafedranın Azərbaycan dili müəllimi Əfranə Həsənlinin təşkilatçılığı ilə baş tutub.

Filialın direktoru Arif Rüstəmov giriş sözü ilə çıxış edərək dərnəyin üzvlərinin Novruz bayramını təbrik edib, dərnəyin fəaliyyətinə uğurlar arzulayıb. Filialın Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov çıxış edərək Novruz milli adət-ənənələrimizin qədimdən bu günə qədər olan inkişafında, dəyərlərimizin qorunması və yaşadılmasında gənclərin müstəsna xidməti olduğunu vurğulayıb.

“Dil, ədəbiyyat və onların tədrisi metodikası” kafedrasının müdiri İradə Arıxova çıxış edərək Novruz bayramının özünəməxsus atributları: səməni, çərşənbələr, 7 rəqəminin sakramentallığı, “s” hərfi ilə başlayan neymətlərin mifologiyası haqqında fikirlər səsləndirib.
“Dil, ədəbiyyat və onların tədrisi metodikası” kafedrasının müəllimi Valeh Nəsibov çıxış edərək Qazaxda keçirilən bir-birindən maraqları Novruz ənənələrini, Yuxarı Salahlı və ona bitişik yerlərdə milli adətlərimizin hələ də möhkəm qorunduğunu, yaşadıldığını vurğulayıb.
Dərnəyin üzvləri olan tələbələrdən  Ə.Şəbnəm “Novruz bayramının bədii ədəbiyyatda inkişaf yolu” adlı təqdimatla, O.Fidan “Türk xalqlarında Novruz bayramı”, M.Mədinə “Novruz adət-ənənələri bədii ədəbiyyatda”, Q.Maya “Novruz ənənələrimiz ilk dəfə bədii filmlərimizdə”, İ.Ləman “7 rəqəminin sakramentallığı”,  A.Aytən “Novruz ənənələri və atributlatı”, A.Günel “Səməninin etimalogiyası”, M.Aygün “Bölgələrimizdə Novruz adət-ənənələri” və S.Allahverdi “Çövkən oyunu” mövzularında çıxış ediblər.

Elçin İSMAYIL,

Filialın Mətbuat Xidmətinin rəhbəri.

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.