XƏBƏRLƏR

Xəbərlər

BDU Qazax filialının tələbələri Heydər Əliyevin anım günü  ərəfəsində abidəsini və adını daşıyan mərkəzi ziyarət ediblər

12 dekabr müstəqil Azərbaycan dövlətinin qurucusu olan Ümummilli Lider Heydər Əliyevin anım günüdür.  Bakı Dövlət Universitetinin Qazax filailının tələbələri anım günü ilə əlaqədar Ulu Öndərin abidəsini və Qazax Rayon Heydər Əliyev Mərkəzini ziyarət ediblər. 

Tələbələr dahi rəhbərin abidəsi önünə gül dəstələri düzərək görkəmli dövlət xadiminin əziz xatirəsinə ehtiramlarını bildiriblər. 

Sonra tələbələr Qazax Rayon Heydər Əliyev Mərkəzində olub, Ulu Öndərin zəngin həyatını və siyasi fəaliyyətini özündə əks etdirən sərgiyə, eksponatlara, fotoşəkillərə və sənədlərə baxıblar.

Heydər Əliyev Mərkəzində ziyarətçilərə müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və böyük şəxsiyyət Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolu, zəngin ictimai-siyasi və dövlətçilik fəaliyyəti, Vətən qarşısındakı xidmətləri barədə ətraflı məlumat verilib.

Filialın tələbələrinin Ulu öndər Heydər Əliyevin abidəsinə və Qazax Rayon Heydər Əliyev Mərkəzinə ziyarətləri davam edir. 

Filailın Mətbuat Xidməti

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.