XƏBƏRLƏR

Xəbərlər

Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Beynəlxalq Elmi Konfrans başa çatıb
“Heydər Əliyev İli” çərçivəsində Qazax Rayon İcra Hakimiyyətinin, Ərzincan Binəli Yıldırım Universitetinin və Bakı Dövlət Universitetinin Qazax filialının birgə təşkilatçılığı ilə Qazax rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olun-muş “Heydər Əliyev müasir dövlətçiliyimizin banisidir” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib.
Ədəbiyyat Muzeyində dünən - noyabrın 23-də açılışı olan Beynəlxalq Elmi Konfrans bu gün bölmə iclasları ilə öz işini davam etdirib. Onu da qeyd edək ki, konfransa 204 elmi iş təqdim olunub. Qazax Filialında 5 bölmədə keçirilən iclaslarda müxtəlif institut və universitetlərin müəllimləri iştirak edib və məruzələrlə onlayn qaydada qatılıb.
BDU-nun Qazax Filialının direktoru Arif Rüstəmov bölmə iclaslarının keçirildiyi auditoriyalarda olub, tədbirin gedişatı ilə maraqlanıb, iştirakçılara uğurlar arzulayıb.
Konfransa Türkiyədən, Qazaxstandan, Sibiriyadan (Tuva Türkü), Özbəkistandan, Koreyadan, Mingəçevir Dövlət Universiteteindən, Naxçıvan Dövlət Universitetindən elm adamları qatılıb.
Bölmə iclasları başa çatdıqdan sonra konfransın bağlanış tədbiri keçirilib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, BDU-nun Qazax Filialı-nın direktoru Arif Rüstəmov, Ərzincan Binəli Yıldırım Universitetinin təmsilçisi Prof.Dr. Ali Kafkasyalı bağlanış tədbirində çıxış edərək konfransın işini yüksək qiymətləndiriblər.
Bununla da Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev müasir dövlətçiliyimizin banisidir” mövzusunda keçirilən Beynəlxalq Elmi Konfrans öz
işini başa çatdırıb.
Elçin İSMAYIL,
Filialın Mətbuat Xidmətinin rəhbəri.

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.