ƏBYÜ-nin jurnalında BDU-nun Qazax filialı haqqında məqalə verilib
- Nəşr edilib 08.05.2024 09:27

ƏBYÜ-nin jurnalında BDU-nun Qazax filialı haqqında məqalə verilib
Ərzincan Binəli Yıldırım Universitetinin (ƏBYU) nəşr etdirdiyi jurnalda Bakı Dövlət Universitetinin Qazax filialında keçirilmiş tədbir barədə məqalə dərc olunub.
“EBYÜ Ortaklığında Bakü'de “Haydar Aliyev Çağdaş Azerbaycan Cumhuriyyeti'nin Banisidir” Konulu Konferans Düzenlendi” adlı məqalə BDU-nun Qazax filialında Ulu öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar keçirilmiş tədbirə həsr olunub. Məqalədə tədbir haqqında ətraflı məlumat verilib, məqsəd və əhəmiyyətindən danışılıb. Eyni zamanda, məqalədə Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hülusi Kılıçın, Erzincan Binəli Yıldırım Universitetinin doktoru Ali Kafkasiyalının, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun, Milli Məclisin deputatı Ülviyyə Ağayevanın, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun, BDU-nun Qazax filialının direktoru Arif Rüstəmovun iştirakı ilə keçirilmiş konfransdan qeydlər məqalədə yer alıb. Eyni zamanda, məqalədə konfransdan fotolar da dərc edilib.
Filialın Mətbuat Xidməti








































































































































