XƏBƏRLƏR

BDU-nun Qazax filialının Pedaqoji fənlər kafedrasında elmi işlərin hesabatı keçirilib

BDU-nun Qazax filialının Pedaqoji fənlər kafedrasında elmi işlərin hesabatı keçirilib

14.05.2024-cü il tarixində BDU-nun Qazax filialının Pedaqoji fənlər kafedrasında 2023-2024-cü tədris ilində Tələbə Elmi Cəmiyyətinin (TEC-nin) üzvü olan tələbələrin yerinə yetirilmiş elmi işlərinin hesabatı keçirilib.

Elmi işlərin hesabatında BDU-nun Qazax filialının direktoru Arif Rüstəmov, Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov, Tədris şöbəsinin müdiri Hürü Şamilova, İctimai və təbiət fənləri kafedrasının müdiri Arif Veysov, Pedaqoji fənlər kafedrasının müdiri Hamlet İlyasov, eyni zamanda kafedranın müəllimlərindən Nuridə Quliyeva, Vəfa İlyasova, Ələviyyə Ömərova, Gülnar Abdullayeva,  Ayşən Qasımova, Aygün İsmayılova, Cəmilə Qarayeva, Leyla Məmmədova iştirak edib.

Hesabatda 15 tələbə  iştirak edib.  Pedaqoji fakültənin ibtidai sinif müəllimliyi, məktəbəqədər təhsil, təhsildə sosial psixoloji xidmət, fiziki tərbiyə və çağrışaqədərki hazırlıq ixtisasları üzrə tələbələr müxtəlif mövzularda çıxış ediblər.

Filialın Mətbuat Xiudməti

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.