Qazax filialının Pedaqoji fənlər kafedrasında elmi-nəzəri seminar keçirilib
- Nəşr edilib 21.05.2024 06:51

Qazax filialının Pedaqoji fənlər kafedrasında elmi-nəzəri seminar keçirilib
Bakı Dövlət Universitetinin Qazax filialının Pedaqoji fənlər kafedrasında kafedranın müəllimi Vəfa İlyasovanın təqdimatında aylıq elmi-nəzəri seminar keçirilib. O, “Gənc ailələrin çətinlikləri və onların aradan qaldırılması yolları” mövzusunda çıxış edib.
Elmi-nəzəri seminarda filialın Tədris və elmi işlər üzrə direktor müavini dosent Məmməd Yusifov, Pedaqoji fənlər kafedrasının müdiri pedaqogika üzrə fəlsəfə doktoru Hamlet İlyasov, kafedranın əməkdaşları və tələbələr iştirak edib.
Filialın Mətbuat Xidməti








































































































































