Azərbaycan Təhsil İnstitutunun professoru BDU-nun Qazax filialında təlim keçib
- Nəşr edilib 21.05.2024 19:10

Azərbaycan Təhsil İnstitutunun professoru BDU-nun Qazax filialında təlim keçib
Bakı Dövlət Universitetinin Qazax filialında Azərbaycan Təhsil İnstitutunun şöbə müdiri, pedaqoji elmlər doktoru, professor İntiqam Cəbrayılov təlim keçib. Təlimdə filialın magistrları, doktorant və dissertantları, gənc müəllimlər iştirak edib.
Filialın direktoru Arif Rüstəmov giriş sözü ilə çıxış edərək keçirilən təlimin məqsəd və əhəmiyyətindən danışıb, bu xarakterli tədbirlərin gənclərin elmi biliyinin artırılmasında mühüm rol oynayacağına əminliyini bildirib.
Sonra professor İntiqam Cəbrayılov “Elmi tədqiqatların konsepsual problemləri” mövzusunda təlim keçib. Mövzu ilə əlaqədar slaydlar da nümayiş etdirilib.
Təlimin sonunda mövzu ilə əlaqədar çıxışlar olub, məruzəçiyə verilən suallar cavablandırılıb.
Filialın Mətbuat Xidməti.


















































































































































