XƏBƏRLƏR

Xəbərlər

BDU Qazax filialında Direktoryanı Şuranın iclası keçirilib

22 aprel 2025-ci il tarixində Bakı Dövlət Universitetinin Qazax filialında Direktoryanı Şuranın iclası keçirilib. Filialın direktoru Arif Rüstəmov çıxış edərək iclasın gündəliyi barədə iştirakçılara məlumat verib.

İclasda buraxılış kursu tələbələrinin təcrübələrinin gedişinin vəziyyətinə dair, kollokviumların təşkili və keçirilməsi vəziyəti barədə, tələbələr arasında “Müasir Azərbaycanın demokratik hüquqi əsasları - Konstitusiyamız” adlı intellektual yarışının yekunları haqqında məsələlər müzakirə olunub.

Qeyd olunan məsələ barəsində təcrübə rəhbəri Mətanət Məmmədova, filialın Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov, filialın Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qasım Əliyev çıxış ediblər.

İclasın sonunda filialın direktoru Arif Rüstəmov müzakirə olunan məsələrlə əlaqədar kafedra müdirlərinə və aidiyyatı struktur rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verib.

İclasda eyni zamanda, bir sıra cari məsələlər də müzakirə olunub.

Filialın Mətbuat Xidməti

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.