XƏBƏRLƏR

Xəbərlər

BDU-nun Qazax filialında “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar tədbir keçirilib

Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik ili” elan edilməsi ilə əlaqədar BDU-nun Qazax filialında tədbir keçirilib. Qazax Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə filialın müəllim və tələbələri iştirak edib.

Filialın Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qasım Əliyev giriş sözü ilə çıxış edərək keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb.

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova “Azərbaycan - müəllifi Ulu öndər Heydər Əliyev olan Konstitusiyasının tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq inamla irəliləyir” mövzusunda məruzə ilə çıxış edib. Çıxışının sonunda filialda artıq ənənə şəklini almış bu səpkili tədbirlərin keçirilməsinə şərait yaratdığına görə filialın direktoru Arif Rüstəmova öz minnətdarlığını bildirib.

Sonra Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının baş müəllimi Zülfiyyə Adıgözəlova, filialın Mətbuat xidmətinin rəhbəri Elçin İsmayıl çıxış edərək mövzu ətrafında öz fikirlərini bildiriblər.

Filialın Mətbuat Xidməti

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.