- Nəşr edilib 05.05.2025 15:27

BDU Qazax filialının direktoru UNEC-in elmi seminarında iştirak edib
Bakı Dövlət Universitetinin Qazax filialının direktoru Arif Rüstəmov Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Zaqatala filialının təşkil etdiyi elmi seminarda iştirak edib. 2 may 2025-ci il tarixində keçirilən seminar “Universitetlərin regional inkişafda rolu” mövzusuna həsr olunub.
Seminar Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayb. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. UNEC-in Zaqatala filialının təqdimat videosu nümayiş olunub.
UNEC-in Zaqatala filialının direktoru dosent Raqif Qasımov giriş sözü ilə çıxış edərək qonaqları salamlayıb. Sonra UNEC rektorunun müşaviri dosent Elşən Bağırzadə “Viskonsin ideyası və regional inkişafda universitet amili”, Seton Hall Universitetinin professoru Ömer Gökçekuş “Regional inkişafda universitetlərin rolu: ənənəvi kənd təsərüffatından texnologiyaya” mövzusunda çıxış ediblər.
BDU Qazax filialının direktoru dosent Arif Rüstəmov və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının direktoru dosent Vurğun Məmmədov məruzə edilən mövzular haqqında fikirlərini bildirib, təkliflərini səsləndiriblər.
Tədbirdə Arif Rüstəmova sertifikat təqdim olunub.
Filialın Mətbuat Xidməti









































































































































