- Nəşr edilib 07.05.2025 12:06

BDU-nun Qazax filialının tələbələri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər
Mayın 10-da adı Azərbaycanın tarixinə və xalqımızın yaddaşına qızıl hərflərlə yazılmış Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. Bu münasibətlə
Bakı Dövlət Universitetinin Qazax filialının tələbələri Ulu Öndərin adını daşıyan parkda ucaldımlış Ümummilli Liderin abidəsini ziyarət edib, heykəli önünə tər çiçək dəstələri düzərək xatirəsini böyük hörmət və ehtiramla yad ediblər.
Dahi insanın adını daşıyan Qazax Rayon Heydər Əliyev Mərkəzində tələbələrə xalqımızın böyük oğlu Heydər Əliyevin Qazax rayonuna tarixi səfərləri, Azərbaycana rəhbərliyinin hər iki dövründə ölkəmizin inkişafı, tərəqqisi naminə müəlliflik etdiyi sosial-iqtisadi layihələri, neft islahatları, elm, təhsil, idman, səhiyyə sahəsində həyata keçirdiyi uğurlu siyasət haqqında məlumatlar verilib.
Tələbələr “Məşələ çevrilən həyat” başlıqlı kitab sərgisinə baxıb, ekspozisiya zalında Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edən məlumatları dinləyib, film izləyiblər.
Filialın Mətbuat Xidməti








































































































































