XƏBƏRLƏR

Xəbərlər

BDU-nun Qazax filialında yeni klubun təqdimatı keçirilib

Bakı Dövlət Universitetinin Qazax filialında yeni yaradılmış Sosial İctimai Müstəqil  Araşdırmaçılar Klubunun (SİMA) təqdimatı keçirilib. Tədbirdə klubun təsisçiləri olan İctimai və təbiət fənləri kafedrasının müəllimləri - Əfsanə Əsgərova, Günay Binnətova və Kənan Abbasov, filialda sosial iş ixtisası üzrə təhsil alan müxtəlif kurs tələbələri iştirak edib.

Filialın direktoru Arif Rüstəmov giriş sözü ilə çıxış edərək klubun yaranmasını müsbət qiymətləndirib, onun üzvlərinə başladıqları yeni işdə uğurlar arzulayıb. Filialın Tədris şöbəsinin müdiri Hürü Şamilova öz çıxışında klubun qarşıya qoyduğu məqsəd və vəzifələrdən danışıb.

Təqdimatda klubun məqsədləri, hədəfləri, həyata keçirilməsi nəzərdə tutulan tədbirləri ilə bağlı ətraflı məlumat verilib.

Qeyd edək ki, SİMA klubu filialda sosial iş ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə formalaşıb və sosial sahə ilə bağlı savadlılığın artırılması, sosial layihələrin, araşdırmaların və tədbirlərin reallaşdırılmasını qarşıya məqsəd qoyub.

Filialın Mətbuat Xidməti

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.