XƏBƏRLƏR

Xəbərlər

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin əməkdaşları BDU Qazax filialında nümunəvi dərs keçib

Bakı Dövlət Universitetinin Qazax filialında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin  2024-cü il hazırlıq planına və Bakı Dövlət Universitetinin Qazax filialının 2024-cü il üçün mülki müdafiə tədbirləri planına müvafiq olaraq “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib.

Filialın direktoru Arif Rüstəmov giriş sözü ilə çıxış edərək keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb, onun həyati əhəmiyyət daşıdığını qeyd edərək vacibliyini bildirib.

Mərkəzin Mülki müdafiəyə hazırlıq şöbəsinin rəisi, polkovnik-leytenant Bəhayi Nəsirov mövzu ilə bağlı çıxış edərək iştirakçılara geniş məlumat verib. Mülki müdafiənin təşkili, əməli məşqləri, mühafizənin üsulları barədə həmin şöbənin baş zabiti, mayor Rəşad Abdullayev çıxış edib. Verilən məlumatlar slayt vasitəsi ilə təqdim olunub.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Filialın Mətbuat Xidməti

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.