- Nəşr edilib 22.10.2024 07:15

BDU-nun Qazax filıialında intellektual turnir olub
Bakı Dövlət Universitetinin Qazax filialında intellektual turnir olub. BDU-nun Qazax filialının, Gənclərin İnkişaf və Karyera Mərkəzi Qazax-Tovuz regional nümayəndəliyinin və Qazax Gənclər Evinin birgə təşkilatçılığı ilə baş tutan yarış filialın tələbələri arasında keçirilib.
48 tələbənin iştirak etdiyi bilik yarışında 8 komanda mübarizə aparıb. Turnirin qalibi olan komandaya kubok təqdim olunub. İkinci və üçüncü yerləri tutan komandalara isə medal və diplomlar verilib.
Filialın Mətbuat Xidməti











































































































































