- Nəşr edilib 22.10.2024 07:11

BDU-nun Qazax filialının tələbələri ağacəkmə aksiyasında iştirak edib
Oktyabrın 21-də Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar növbəti ağacəkmə aksiyası keçirilib. Bakı Dövlət Universitetinin Qazax filialının tələbələri ağacəkmə aksiyasında iştirak edib
Aksiya çərçivəsində Qazax rayonunun İkinci Şıxlı kəndi ərazisində, Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun kənarında 500 ədəd eldar şamı və 500 ədəd sərv ağacı əkilib.
Filialın Mətbuat Xidməti








































































































































