- Nəşr edilib 10.10.2024 17:17

BDU Qazax filialında tələbə-gənclərtəşkilatının seçkisi keçirilib
Bakı Dövlət Universitetinin Qazax filialında tələbə-gənclər təşkilatının seçkisi keçirilib.
Filialın Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qasım Əliyev, filialın Mətbuat xidmətinin rəhbəri Elçin İsmayıl seçkidən öncə çıxış edərək tələbə-gənclər təşkilatının üzvü olacaq gəncləri filialın ictimai həyatında fəal olmağa, nümunə olmağa çağırıblar.
Sonra seçki keçirilib. Açıq səsvermə zamanı daha çox səs toplayan Təhsildə social-psixoloji xidmət ixtisasının II kurs tələbəsi Aysu Bəndəliyeva təşkilatın sədri, sosial iş ixtisasının I kurs tələbəsi Əli Becanov isə müavin seçilib. Eyni zamanda, təşkilatın 11 nəfərdən ibarət idarə heyəti də seçilib.
Sonda A.Bəndəliyeva çıxış edərək ona göstərdikləri etimada görə seçkidə iştirak edən tələbələrə təşəkkürünü bildirib,
Filialın Mətbuat xidməti.



















































































































































