XƏBƏRLƏR

Xəbərlər

BDU-nun Qazax filialında Gənclərin Yerli Məşvərət  Şurası üzvlərinin görüşü olub

Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət  Şurasının üzvləri Bakı Dövlət Universitetinin Qazax filialında təhsil alan birinci kurs tələbələri ilə görüşüb. Görüşdə filialın Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qasım Əliyev, filialın Mətbuat xidmətinin rəhbəri Elçin İsmayıl iştirak edib.

Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının sədri Pəri İbrahimova şuranın fəaliyyəti barədə tələbələrə məlumat verib. O, Şuranın fəaliyyət istiqamətləri, bu günə qədər həyata keçirilmiş layihələr, qarşıya qoyulan layihələrin icrasında Şura gənclərinin rolu barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Sonra şuraya üzv olmaq istəyən gənclərin qeydiyyatı aparılıb.

Görüşdə həmçinin tələbələrlə birlikdə onların şəbəkələşməsinə dəstək verilməsi və digər mövzularda fikir mübadiləsi aparılıb. Tədbirdə gənclərin maarifləndirilməsi, asudə vaxtlarının səmərəli təşkili barədə fikirlər səsləndirilib.

Filialın Mətbuat Xidməti.

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.