- Nəşr edilib 02.10.2024 07:15

BDU-nun Qazax filialında innovasiya müsabiqəsi keçirilib
Azərbaycan İnformasiya Kommunikasiyaları Sənayesi Assosiasiyasının üzvü, innovativ həllər üzrə konsultant Mübariz Qasımov Bakı Dövlət Universiteti Qazax filialında “kazakh 2024” adı altında innovasiya müsabiqəsi keçirib.
Filialın direktoru Arif Rüstəmov giriş sözü ilə çıxış edərək vaxt ayırıb filialda tədbir keçdiyinə görə Mübariz Qasımova müəllim və tələbələr adından öz dərin minnətdarlığını bildirib. A.Rüstəmov keçirilən innovativ müsabiqənin əhəmiyətindən danışaraq tələbələrin elmi biliyinin artırılmasında bu təlimin də mühüm rol oynayacağına əminliyini qeyd edib.
Filialın Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov çıxış edərək tələbələri təlimdə fəal iştirak etməyə çağırıb.
Mübariz Qasımov İnnovasiya müsabiqəsinə filialın tələbələrinin ixtisas sahələrinə aid məlumatlandırma ilə başlayıb. O, tələbələrlə startap quruculuğu istiqamətində tələb olunan texnologiyalar haqqında təqdimatlar keçirib, innovasiyanın tədqiqat metodu və üsullarına dair tövsiyələr verib. Layihənin davamı olaraq tələbələrin innovativ ideyalarının hazırlanması, inkubasiya və akselerasiya mərkəzlərinə yönəldilməsi planlaşdırılıb.
Təlim müzakirə şəklində davam edib.
Filialın Mətbuat Xidməti














































































































































