- Nəşr edilib 30.09.2024 13:07

BDU Qazax filialı Direktorluğunun iclası keçirilib
30 sentyabr 2024-cü il tarixində Bakı Dövlət Universitetinin Qazax filialı Direktorluğunun növbəti iclası keçirilib. Filialın direktoru Arif Rüstəmov iclası açıq elan edərək müzakirə olunacaq məsələlər haqqında iştirakçılara məlumat verib. Direktorluğun iclasında özünütəhlil hesabatının hazırlanmasının vəziyyəti haqqında, laboratoriya işlərinin aparılma qaydalarının təsdiqi, Keyfiyyət və Elmi İşlər Komissiyalarının illik hesabatı məsələləri müzakirə olunub.
İclasda özünütəhlil hesabatının hazırlanmasının vəziyyəti ilə bağlı görülmüş işlər haqqında direktorluğun üzvlərinə geniş məlumat verilib. Aparılan müzakirələrdən sonra cari məsələ səsə qoyulub və qənaətbəxş hesab edilərək qəbul olunub.
Laboratoriya işlərinin aparılma qaydaları barədə filialın laboratoriya müdirləri çıxış edərək məsələ ilə bağlı görülmüş işlər barədə ətraflı məlumat veriblər. İclasda Keyfiyyət və Elmi İşlər Komissiyalarının illik hesabatı da geniş müzakirə olunub və görülmüş işlər qənaətbəxş hesab edilib.
Filialın direktoru Arif Rüstəmov iclasda kafedra müdirlərinə və aidiyyatı struktur rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verib.
İclasda eyni zamanda, bir sıra cari məsələlər də müzakirə edilib.
Filialın Mətbuat Xidməti














































































































































