- Nəşr edilib 02.10.2024 13:05

Riyaziyyat və informatika kafedrasının elmi seminarı olub
Bakı Dövlət Universitetinin Qazax filialında Riyaziyyat və informatika kafedrasınnın elmi seminarı olub.
Kafedranın baş müəllimi Vəfa Mustafa “Kod, kodlaşdırma anlayışı və mahiyyəti” mövzusunda çıxış edib. Çıxış maraqla dinlənilib və seminar diskussiya şəklində davam edib. Riyaziyyat və informatika kafedrasının müdiri professor Hüseyn Xəlilov, kafedranın baş müəllimi Aygün Əliyeva, baş müəlllim Sevinc Əmiraslanova və müəllim Könül Ənsərovanın verdikləri suallar V.Mustafa tərəfindən cavablandırılıb.
Filialın Mətbuat Xidməti.












































































































































