- Nəşr edilib 06.09.2024 15:11

BDU Qazax filialı Direktorluğunun iclası keçirilib
Bu gün Bakı Dövlət Universitetinin Qazax filialı Direktorluğunun növbəti iclası keçirilib. Filialın direktoru Arif Rüstəmov iclası açıq elan edərək yeni dərs ilinin başlanması münasibətilə tədbir iştirakçılarını təbrik edib, ən xoş arzularını bildirib. Sonra müzakirə olunacaq məsələlər haqqında iştirakçılara məlumat verib.
İclasın gündəliyinə daxil olan fəaliyyət planı üzrə görülmüş işlər barədə hesabatın təsdiqi, 2024/2025-ci tədris ilinə hazırlığın vəziyyəti haqqında, özünütəhlil hesabatının hazırlanmasının vəziyyəti haqqında məsələlər geniş müzakirə olunub.
Filialın Tədris şöbəsinin müdiri Hürü Şamilova fəaliyyət planı üzrə görülmüş işlər barədə hesabatın təsdiqi ilə bağlı görülmüş işlər haqqında direktorluğun üzvlərinə geniş məlumat velib. Aparılan müzakirələrdən sonra cari məsələ səsə qoyulub və qənaətbəxş hesab edilərək qəbul olunub.
2024-2025-ci dərs ilinə hazırlığın vəziyyəti, dərs bölgüsü və sair məsələlər barədə filialın kafedra müdirləri çıxış edərək məsələ ilə bağlı görülmüş işlər barədə ətraflı məlumat veriblər. Çıxışlar dinlənildikdən sonra yeni dərs ilinə hazırlığın vəziyyəti qənaətbəxş hesab edilib.
Filialın direktoru Arif Rüstəmov iclasda kafedra müdirlərinə və aidiyyatı struktur rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verib.
İclasda eyni zamanda, bir sıra cari məsələlər də müzakirə edilib.
Filialın Mətbuat Xidməti










































































































































