XƏBƏRLƏR

Xəbərlər

BDU Qazax filialında “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun sərgisi keçirilib

Bakı Dövlət Universitetinin Qazax filialında “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun sərgisi keçirilib. Filialın foyesində təşkil edilmiş sərgidə qoruğun çap məhsulları - bukletlər, flayerlər, suvenirlər nümayiş etdirilib. Eyni zamanda, pavilyonda qoruq ərazisində aparılan əvvəlki elmi tədqiqat və arxeoloji qazıntılar zamanı aşkarlanmış maddi-mədəniyyət nümunələri sərgilənib.

Sərgi qoruq ərazisində yerləşən abidələr, burada aparılmış elmi tədqiqat və arxeoloji qazıntı işləri ilə tələbələrin tanış etmək məqsədini daşıyıb. Eyni zamanda, sərgi vasitəsilə məqsəd gənc nəslin diqqətini abidələrin qorunmasına və təbliğinə yönəltmək, tələbələri hazırda qoruq ərazisində davam edən “Keşikçidağda elmi-arxeoloji qazıntılar və Yay məktəbi-4” layihəsinə cəlb etmək olub.

Keçirilən sərgi tələbələrin yüksək marağına səbəb olub. Sərgiyə filialın müəllim və tələbələri baxaraq “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunda aparılmış tədqiqatlarla tanış olublar.  Sərgiyə baxış zamanı tələbələr tərəfindən verilmiş suallar  qoruq əməkdaşları tərəfindən ətraflı cavablandırılıb.

Filialın Mətbuat Xidməti

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.