- Nəşr edilib 18.11.2026 07:15

BDU Qazax filialının tələbələrinə Gənclər və İdman Nazirliyinin sertifkatları verilib
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 13-16 noyabr 2026-cı il tarixində “İdeyadan alqoritmə” adlı gənclərin süni intellekt düşərgəsi təşkil edilib. Şəki şəhərində keçirilən düşərgədə Bakı Dövlət Universiteti Qazax filialını 3 tələbə təmsil edib. 3 gün davam edən düşərgədə gənclər təlimlərdə və praktiki məşğələlərdə iştirak edib, süni itellektə aid proqramları öyrəniblər. Düşərgənin sonunda tələbələrimiz Gənclər və İdman Nazirliyinin sertifkatlarına layiq görülüblər.
BDU Qazax filialının direktoru Arif Rüstəmov süni itellekt düşərgəsində iştirak etmiş tələbələri qəbul edib. Direktor qazandıqları uğura görə tələbələri təbrik edərək xoş arzularını bildirib. Sonra filialın Riyaziyyat və informatika müəllimliyi ixtisasının IV kurs tələbələrindən Vüqar Namazlı və Nuran Bayramova, həmin ixtisasın II kurs tələbəsi Qönçə Xəlilovaya nazirliyin sertifkatlarını təqdim edib. Görüşün sonunda xatirə şəkli çəkilib.
Filialın Mətbuat Xidməti






























































































































