XƏBƏRLƏR

Xəbərlər

BDU-nun Riyaziyyat və informatika kafedrasında elmi seminarın növbəti  məşğələsi olub

Bakı Dövlət Universitetinin Qazax filialının Riyaziyyat və informatika kafedrasında müəllimlərin  pedaqoji və elmi səviyyəsinin yüksəldilməsi məqsədilə təşkil olunan və müntəzəm olaraq davam etdirilən elmi seminarın növbəti  məşğələsi olub.

Kafedranın baş müəllimi  Aygün Əliyeva “İnformatika fənninin dünəni və bu günü” mövzusunda çıxış edib. Bildirib ki, informatika fənni sürətlə inkişaf edir və texnologiyanın hər sahəsinə nüfuz göstərir. Onun keçmişi fiziki kompüterlərin və ilk proqramlaşdırma dillərinin yaradılması ilə xarakterizə olunurdusa, bu günkü informatika bulud hesablama, böyük məlumatlar və digər müasir texnologiyalar ilə səciyyələnir.

Seminarda mövzu ilə bağlı kafedra əməkdaşlarının verdikləri suallar A.Əliyeva tərəfindən cavablandırılıb.

Filialın Mətbuat Xidməti.

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.