XƏBƏRLƏR

Xəbərlər

BDU-nun Qazax filialında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illik yubileyi münasibətilə yarış keçirilib

Bakı Dövlət Universitetinin Qazax filialında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illik yubileyi münasibətilə ali təhsil müəssisəsinin tələbələri arasında “Gir qaldırma” üzrə birincilik keçirilib.

Tədbiri BDU Qazax filialının direktoru Arif Rüstəmov açıq elan edərək yarışda iştirak edən tələbələrə uğurlar arzulayıb.

Sonra birinciliyə start verilib. Tələbələr 5 çəki dərəcəsində mübarizə aparıblar.Gərgin keçən idman mübarizəsindən sonra qaliblər müəyyənləşib. Qızlar arasında 55 kq çəki dərəcəsində Nərmin İbrahimova, oğlanlar arasında 60 kq çəki dərəcəsində Araz Həsənov, 70 kq çəki dərəcəsində Tacir Hüseynzadə, 80 kq çəki dərəcəsində Orxan İsmayilzadə,  90 kq çəki dərəcəsində Həsən Abbaslı qalib olublar.

Yarışda mükafatçı alan tələbələr filial rəhbərliyi  tərəfindən diplomla təltif edilib.

Filialın Mətbuat Xidməti

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.