XƏBƏRLƏR

Xəbərlər

BDU-nun Qazax filialının Riyaziyyat və informatika kafedrasında dissertasiya işlərinin ilkin müdafiəsi təşkil olunub

Bakı Dövlət Universitetinin Qazax filialında filialın Riyaziyyat və informatika kafedrasında magistratura səviyyəsinin II kurs tələbələrinin dissertasiya işlərinin ilkin müdafiəsi təşkil olunub. İlkin müdafiədə filialın Tədris və elmi işlər üzrə direktor müavini dosent Məmməd Yusifov, kafedra müdiri proffessor Hüseyn Xəlilov, dosent Hürü Şamilova, pedaqogika üzrə fəlsəfə doktoru Hamlet İlyasov, elmi rəhbərlər – dosent Alı Sofuyev və İlqar Məhərrəmov,  kafedra  əməkdaşlar iştirak ediblər.

İlkin müdafiədə magistrantlar: “İbtidai sinifdə tədrisin metodikası və metodologiyası” ixtisası üzrə təhsil alan II kurs tələbəsi Kazımova Lamiyyə Osman qızının “İbtidai sinif riyaziyyat tədrisində inkişafetdirici çalışmalardan istifadə yolları”; “İnformatika fənninin metodikası və metodologiyası” ixtisası üzrə təhsil alan II kurs tələbəsi Məmmədov Teymuraz Şükür oğlunun “İnformasiya təhlükəsizliyində tətbiq olunan metodlar” mövzulardan ətraflı məlumat veriblər. Magistr dissertasiyası üzrə verilən suallar magistrantlar tərəfindən cavablandırıldı.

Daha sonra ilkin müdafiədə iştirak edən magistrantların qiymətləndirmə prosesi həyata keçirilib və hər iki tələbə 48 balla qiymətləndirilib.

Filialın Mətbuat Xidməti

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.