- Nəşr edilib 25.04.2024 10:50

BDU-nun Qazax filialında dissertasiya işlərinin ilkin müzakirəsi keçirilib
Bakı Dövlət Universiteti Qazax filialında dissertasiya işlərinin ilkin müzakirəsi keçirilib. Filialın Pedaqoji fənlər kafedrasının magistrantlarından Aydan Əsgərovanın təqdim etdiyi “Kiçik yaşlı məktəblilərlə aparılan hərbi- vətənpərvərlik tərbiyəsi üzrə işin imkanları və yolları” mövzusunda (ibtidai siniflərdə tədrisin metodikası və metodologiyası ixtisası), Əfsanə Qəribovanın “Məktəbəqədər təhsildə Montessori modeli” mövzusunda (Məktəbəqədər təlim və tərbiyənin metodikası və metodologiyası ixtisası) dissertasiya işlərinin kafedrada ilkin müzakirəsi keçirilib.
Filialın direktoru Arif Rüstəmov, filialın Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov, kafedra müdiri Hamlet İlyasov və kafedra əməkdaşları müzakirədə iştirak ediblər.
Filialın Mətbuat Xidməti









































































































































