XƏBƏRLƏR

Xəbərlər

BDU-nun Qazax filialının İctimai və təbiət fənləri kafedrasında  elmi seminar keçirilib

Bakı Dövlət Universitetinin Qazax filialında filialın İctimai və təbiət fənləri kafedrasında elmi seminar keçirilib. Kafedranın müəllimi Əfsanə Əsgərovanın  “Qlobal ekoloji problemlər. COP-29” mövzusunda elmi məruzəsi dinlənilib.

 Filialda fəaliyyət göstərən  Elmi işlər üzrə komissiya, həmçinin İctimai və təbiət fənləri kafedrasının birgə təşkilatçılığı ilə keçirilən seminarda filialın Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov, kafedra müdiri Arif Veyisov, dosent Nəsibə Hacıyeva, kafedranın baş müəllimi Zeynəb Mustafayeva, müəllimlərdən Günay Binnətova, Veyis Adıgözəlov, magistrlar, tələbələr və kafedranın əməkdaşları iştirak edib.

Əfsanə Əsgərova seminarda dünyada və Azərbaycanda baş verən ekoloji problemlərə toxunub, problemlərin həlli yönümündə atılan addımlar müzakirə olunub. “İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası” insanların iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə imzalanmış sazişin əhəmiyyətliliyindən söhbət açılıb. COP-29-un Azərbaycanda keçirilməsi ölkəmizin növbəti bir qələbəsi olduğu vurğulanıb.

Sonra seminar diskusiya şəkilində müzakirələrlə davam edib.        

Filialın Mətbuat Xidməti

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.