XƏBƏRLƏR

Xəbərlər

Tələbə Təhsil Kredit Fondunun baş mütəxəssisi BDU-nun Qazax filialında görüş keçirib

Tələbə Təhsil Kredit Fondunun(TTKF) maliyyə və iqtisadiyyat  şöbəsinin baş mütəxəssisi Abdin Məhəmmədəli BDU-nun Qazax filialının tələbələri ilə görüş keçirib.

Filialın direktoru Arif Rüstəmov görüşü açıq elan edərək keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb, təbələri Tələbə Təhsil Kredit Fondunun yaratdığı imkanlardan yararlanmağa çağırıb.

TTKF-nun baş mütəxəssisi Abdin Məhəmmədəli görüşdə çıxış edərək təhsil tələbə kreditinə müraciət qaydaları, güzəştlər və qeydiyyat prosesi barəsində, geriödənişlə bağlı tələbələrə ətrfalı məlumat verib, fikirlərini slaytlarla təqdim edib. Görüşün sonunda iştirakçıların verdikləri sualları cavablandırıb.

Filialın Mətbuat Xidməti.

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.