XƏBƏRLƏR

Xəbərlər

BDU-nun Qazax filialında “CareerLAB” layihəsi çərçivəsində tədbir keçirilib

Bakı Dövlət Universitetinin Qazax filialında “CareerLAB” layihəsi çərçivəsində tədbir keçirilib. BDU-nun Qazax filialının direktoru Arif Rüstəmov giriş sözü ilə çıxış edərək keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıb. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax-Tovuz  regional  nümayəndəliyinin  koordinatoru  Elmar Rzalı öz çıxışında layihə haqqında ətraflı məlumat verib.

Sonra sosial iş və turizm-otelçilik sahələri üzrə panel müzakirələr başlayıb. “Müasir dövrdə  karyerasını sosial iş,  turizm və otelçilik sahəsində qurmaq istəyən gənclər üçün lazım olan  bilik və bacarıqlar” mövzusu üzrə  spiker  qismində Sosial Xidmətlər Agentliyinin  Qazax –Tovuz regional  filialının  direktoru  Elvin Vəliyev, “ Qazax Gənclər evi” sosial xidmət  müəssisəsinin  psixoloqu  Fatma  Hüseynova, “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə  İctimai Birliyinin sədri  Azər Əliyev, filialın müəllimlərindən Əfsanə Əsgərova və Şəhla  Məmmədova  çıxış ediblər. Tədbirdə gəncləri maraqlandıran suallar da cavablandırılıb.

Filialin Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov, Tədris şöbəsinin müdiri Hürü Şamilova çıxış edərək tələbələrin layihədən yararlandıqlarını bildiriblər.

Elçin İsmayıl,

Filialın Mətbuat Xidmətinin rəhbəri.

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.