- Nəşr edilib 09.04.2024 15:59

BDU-nun Qazax filialında elmi seminar keçirilib
Bakı Dövlət Universitetinin Qazax filialında Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müəllimi, filologiya üzrə elmlər doktoru Valeh Nəsibovun “Azərbaycan dilində söz yaradıcılığı bir bəhs və bir proses kimi" mövzusunda elmi seminarı keçirilib. Seminarda Valeh Nəsibov giriş sözü ilə çıxış edərək mövzu haqqında ətraflı söz açıb, yeni yanaşmalar ilə bağlı danışıb.
Filialın Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov çıxış edərək mövzunun praktik əhəmiyyətini, tələbələr üçün də yeni və aktual olduğunu vurğulayıb.
Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müdiri İradə Arıxova çıxış edərək sözün kök və başlanğıc forması, onların işləmə və bölgü prinsipləri, leksik və qrammatik məna arealları haqqında fikirlərini bölüşüb.
Seminarda Valeh Nəsibov yeni söz yaratma funksiyasına malik qaydalarına yeni yanaşmanın vacibliyini vurğulayıb. Mövzu ilə bağlı dosent Yadigar Əliyev, həmin kafedranın baş müəllimlərindən Səfayə Sadıqova və Heyran Vəkilova, müəllimlərdən Əfsanə Həsənli, Yalçın Həsənov və digərləri çıxış ediblər.
Filialın Mətbuat Xidməti.













































































































































