XƏBƏRLƏR

Xəbərlər

 

BDU-nun Qazax filialının əməkdaşları

şəhid Niftalı Orucovun 40 mərasimində iştirak edib

Bu gün 19-20 sentyabr 2023-cü il tarixində Qarabağ iqtisadi rayonunda həyata keçirilən antiterror əməliyyatları zamanı qəhrəmancasına şəhid olmuş Bakı Dövlət Universitetinin Qazax filialının məzunu Orucov Niftalı Qəfər oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən 40 gün ötür.

Bakı Dövlət Universitetinin Qazax filialının əməkdaşları şəhid Niftalı Orucovun 40 mərasimində iştirak etmək üçün Tovuz rayonunun Qaraxanlı kəndinə gələrək şəhidin ata ocağında ailəsinə baş çəkiblər. Şəhidin atası Qəfər Orucov və ailə üzvləri ilə görüşüb, şəhid Niftalı Orucova allahdan rəhmət diləyərək bir daha başsağlığı veriblər.

Orucov Niftalı Qəfər oğlu 12 mart 1995-ci ildə Tovuz rayonunun Qaraxanlı kəndində anadan olmuşdur. 2001-2012-ci illərdə M.Musayev adına Əlimərdanlı kənd tam orta məktəbində təhsil almışdır.

Niftalı Orucov 2012-ci ildə Bakı Dövlət Universitetinin Qazax filialına daxil olmuş və 2016-cı ildə həmin təhsil ocağını bitirmişdir. 2016-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz Rayon Şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. O, 2017-ci ildə hərbi xidmətini başa vurmuşdur.

Niftalı Orucov hərbi xidmətdə olan zaman Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində kurs keçərək zabit rütbəsi almışdır. Həmin ildən “N” saylı hərbi hissədə leytenant kimi xidmətə başlamışdır. O, 2022-ci ildən komanda hərbi birliklərində komandir müavini vəzifəsində xidmətini davam etdirmişdir.

Niftalı Orucov 19-20 sentyabr 2023-cü il tarixində Qarabağ iqtisadi rayonunda həyata keçirilən antiterror əməliyyatları zamanı qəhrəmancasına şəhid olmuşdur.

Elçin İsmayıl,

Filialın Mətbuat Xidmətinin rəhbəri.

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.