- Nəşr edilib 23.05.2025 11:52

BDU Qazax filialının tələbəsi “2025-ci ilin ən uğurlu gənc psixoloqu” mükafatı ilə təltif olunub
Bu günlərdə Bakı Dövlət Universitetinin Qazax filialı tələbəsi yeni bir uğura imza atıb. Belə ki, Uluslararası Psixoloqlar Dərnəyini Azərbaycanda təmsilçisi Lider Academy tərəfindən Gəncə şəhərində təşkil edilmiş beynəlxalq mükafatlandırmada filialın Təhsildə sosial psixoloji xidmət ixtisasının 3-cü kurs tələbəsi Minurə Hüseynova “2025-ci ilin ən uğurlu gənc psixoloqu” mükafatına layiq görülüb. O, eyni zamanda 6 aylıq Çocuk Psixdojisi Egitim Sertifikat Proqramını başa vuraraq “Beynəlxalq Dərəcəli təlimçi” sertifikatını da alıb.
Filialın direktoru Arif Rüstəmov bu münasibətlə Minurə Hüseynovanı qəbul edərək təbrik edib, ona yeni-yeni uğurlar arzulayıb.
Filialın Mətbuat Xidməti








































































































































