- Nəşr edilib 09.12.2024 11:20

BDU-nun Qazax filialında elmi seminar olub
Bakı Dövlət Universitetinin Qazax filialının Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının elmi seminarı olub. Kafedranın xarici dil (fransız dili) müəllimi Nərmin Mahmudova "Fransız dilində zaman anlayışı" mövzusunda çıxış edərək apardığı araşdırmaları təqdim edib. Kafedranın müdiri, filologiya üzrə fəlsəfə doktoru İradə Arıxova seminarda çıxış edərək müzakirə olunan mövzu ilə bağlı öz fikirlərini bildirib.
Elmi seminarda kafedranın baş müəllimi Hikmət Yusibov, müəllimlərdən Şəhla İbrahimova, Nigar Fərzəliyeva mövzu ilə bağlı çıxış ediblər.
Filialın Mətbuat Xidməti







































































































































