- Nəşr edilib 25.11.2024 10:52

“Şəhidə məktub” esse və şeir müsabiqəsinin qaliblərinə diplomlar təqdim olunub
Bakı Dövlət Universitetinin Qazax filialında “Dil, ədəbiyyat və onların tədrisi” metodikası kafedrasının “Tələbə ədəbi yaradıcılıq dərnəyi”nin təşkilatçlığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Şəhidə məktub” adlı esse və şeir müsabiqəsinin qaliblərinə diplomlar təqdim olunub.
Dərnəyin sədri Nigar Fərzəliyeva çıxış edərək müsabiqənin qaliblərini elan edib. Filialın Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının III kurs tələbəsi Bəyaz Abdullayeva birinci olub. Filologiya ixtisasının IV kurs tələbəsi Allahverdi Süleymanov II yerə, ibtidai sinif müəllimliyi ixtisasının IV kurs tələbəsi Tərlan Əlizadə isə III yerə layiq görülüb.
Esse müsabiqəsində isə filialın Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının III kurs tələbəsi Mədinə Məhərrəmova I yerə, tarix ixtisasının III kurs tələbəsi Şəbnəm Nəsibli II yerə, Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası IV kurs tələbəsi Həcər Bağırova isə III yerə layiq görülüb.
Filialın Tədris və elmi işlər üzrə direktor müavini Yusifov Məmməd və Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müdiri İradə Arıxova fərqlənən tələbələrə diplomları təqdim edib.
Filialın Mətbuat Xidməti







































































































































