- Nəşr edilib 17.05.2024 07:57

BDU-nun Qazax filialının “İctimai və təbiət fənləri” kafedrasında buraxılış işlərinin ilkin müzakirəsi təşkil olunub
Bakı Dövlət Universitetinin Qazax filialında filialın “İctimai və təbiət fənləri” kafedrasında əyani şöbənin “Tarix-Coğrafiya müəllimliyi”, “Kimya-Biologiya müəllimliyi” və “Turizm işinin təşkili” ixtisasının IV kurs tələbələrinin buraxılış işlərinin ilkin müzakirəsi təşkil olunub.
Ilkin müzakirədə filialın Tədris və elmi işlər üzrə direktor müavini dosent Məmməd Yusifov, kafedra müdiri dosent Arif Veyisov, elmi rəhbərlər - Günay Talıbova, Pəri Məmmədova, Rəhminə Məmmədova, Könül Abbasova, Zahid Gülümcanlı və kafedra əməkdaşları iştirak ediblər. Tələbələr mövzuları haqqında ətraflı məlumatlar verib. Buraxılış işi üzrə verilən suallar tələbələr tərəfindən cavablandırılıb. Daha sonra ilkin müzakirədə iştirak edən tələbələrin qiymətləndirmə prosesi həyata keçirilib və hər biri müvafiq balla qiymətləndirilib.
Filialın Mətbuat Xidməti













































































































































