- Nəşr edilib 17.05.2024 09:59

BDU Qazax filialının Riyaziyyat və informatika kafedrasında elmi seminar
Bakı Dövlət Universitetinin Qazax filialında müəllimlərin pedaqoji və elmi səviyyəsinin yüksəldilməsi üçün təşkil olunan və müntəzəm olaraq keçirilən elmi seminar məşğələlər davam etdirilir.
Növbəti elmi seminar filialın Riyaziyyat və informatika kafedrasında olub. 15.05.24-cü il tarixində keçirilən elmi seminarda müəllim Dərziyeva Tamara “ Nanohissəciklərin termofiziki xassələri” mövzusunda çıxış edib.
Seminarda kafedra müdiri professor Hüseyn Xəlilov, filialın Tədris və elmi işlər üzrə direktor müavini dosent Məmməd Yusifov və kafedra əməkdaşları iştirak edib.
Filialın Mətbuat Xidməti









































































































































