- Nəşr edilib 22.05.2024 14:10

BDU-nun Qazax filialının Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasında elmi seminar keçirilib
Bakı Dövlət Universitetinin Qazax filialının Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasında elmi seminar keçirilib. Kafedranın xarici dil (İngilis dili) müəllimi Ceyran Əliyeva “Azərbaycan və ingilis dillərində zaman kateqoriyasının müqayisəsi” mövzusunda seminar aparıb. Seminarda kafedranın müəllimləri və filialın filologiya ixtisasının II və IV kurs tələbələri iştirak edib.
Elmi seminarda Ceyran Əliyeva mövzu haqqında ətraflı məlumat verib. Sonra filialın Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov, kafedra müdiri, filologiya üzrə fəlsəfə doktoru İradə Arıxova, filologiya elmləri doktoru Valeh Nəsibov, kafedranın ingilis dili müəllimi Vəsilə Hacıyeva, Azərbaycan dili müəllimi Əfranə Həsənli, fransız dili müəllimi Nərmin Mahmudova, rus dili müəllimi Şəhla İbrahimova və digər əməkdaşlar çıxış edərək mövzunun praktik əhəmiyyətini, tələbələr üçün yeni və aktual olduğunu vurğulayıblar.
Filialın Mətbuat Xidməti












































































































































