- Nəşr edilib 22.05.2024 14:15

BDU-nun Qazax filialında innovativ təlim keçirilib
Azərbaycan İnformasiya Kommunikasiyaları Sənayesi Assosiasiyasının üzvü, innovativ həllər üzrə konsultant, “Açıq zəka” proqramının təsisçisi və lahiyə rəhbəri Mübariz Qasımov Bakı Dövlət Universiteti Qazax filialında innovativ təlim keçib.
Filialın direktoru Arif Rüstəmov giriş sözü ilə çıxış edərək vaxt ayırıb filialda təlim keçdiyinə görə Mübariz Qasımova müəllim və tələbələr adından öz dərin minnətdarlığını bildirib. A.Rüstəmov keçirilən innovativ təlimin əhəmiyətindən danışaraq tələbələrin elmi biliyinin artırılmasında bu təlimin də mühüm rol oynayacağına əminliyini qeyd edib.
Sonra Mübariz Qasımov “Açıq zəka” proqramı haqqında tələbələrə məlumat verib, “Müasir innivasiyalar” mövzusunda təlim keçib.
Filialın Mətbuat Xidməti












































































































































